Aktrisa Ülviyyə Xəlilbəyova oğlu Fuadla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladının 4 yaşı tamam olduğunu bildirib.
Ülviyyə ad günündən videoya "Fuadım 1 yaş daha böyüdü. İllər necə keçdi bilmədim. 4 yaşın mübarək, gözəl oğlum" sözlərini yazıb.
Qeyd edək ki, Ülviyyə aktyor Murad İsmayılla ailəli olub. Cütlük bir müddət əvvəl boşandığını açıqlayıb. Onların bu nikahdan iki oğul övladı var.
Tarix: 7 Sentyabr 2024, 13:46