"Difai Ağsu" sentyabrın 12-də I Liqanın ilk turunda "Cəbrayıl" ilə qarşılaşacaq. Bu oyun Şamaxı OİK-də baş tutacaq.
Nəzərə alsaq ki, "Difai" Ağsunu təmsil edir və buradakı stadion bir müddət öncə təmir olunub. Bəs, nə üçün bölgə təmsilçisi ev oyununu Şamaxıda keçirir?
Klub prezidenti Asəf Məlikov Offsideplus.az-a açıqlamasında məsələyə aydınlıq gətirdi:
"Stadionun ot örtüyü standartlara uyğun olmadığı üçün yenidən dəyişdirilir. Süni ot örtüyü olacaq. Oktyabra kimi stadion tam hazır olacaq. Bu müddət ərzində oyunlarımızı Şamaxı OİK-də oynamağa qərar vermişik".