RU

COP29 Azərbaycan Sədrliyinin diplomatik korpusun üzvləri üçün ikinci brifinqi baş TUTDU

COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 konfransına hazırlıq prosesi və tədbir planlarına dair Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri üçün ikinci brifinqini keçirib.

Viral.az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat ofisindən məlumat verilib.

Brifinqdə COP29 Azərbaycan ƏŞ-nin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini Ramin Tağıyev, həmçinin Bakıda rəsmi səfərdə olan UNFCCC Konfrans İşləri Şöbəsinin Direktoru Wasim Mir və BMT-nin Təhlükəsizlik departamentinin nümayəndəsi Kevin O”Hanlon iştirak ediblər.

Hibrid formatda təşkil edilən interaktiv brifinqə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbər nümayəndələri ilə yanaşı, ölkəmizdə akkreditə olunmuş və xarici ölkələrdə yerləşən diplomatik korpusun nümayəndələri də daxil olmaqla ümumilikdə 150-dən artıq diplomat qoşulub.

Brifinqdə geniş təqdimatla çıxış edən COP29 Azərbaycan ƏŞ-nin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova COP prosesinin təqviminə daxil edilən başlıca tədbirlər, fərqli istiqamətlərdə aparılan intensiv hazırlıq işləri, konfransın keçiriləcəyi Bakı Stadionunda COP29 müxtəlif məqsədlər üzrə ərazi bölgüsü və müvafiq infrastrukturun qurulması istiqamətində aparılan işlər barədə ətraflı məlumat verib. COP29 zamanı bütün rəsmi tədbirlərin keçiriləcəyi məkan olan Mavi Zonanın, eləcə də müxtəlif tərəfləri innovativ iqlim yanaşmaları üçün bir araya gətirəcək Yaşıl Zonanın qurulması üzrə irəliləyişlər barədə ətraflı məlumat verilərək, işlərin plana uyğun şəkildə davam etdirildiyi bildirilib.

Brifinqə qatılan diplomatların diqqətinə çatdırılıb ki, COP29-da iştirakın təşkilati tərəfinin səmərəli və rəvan şəkildə təmin edilməsi üçün bir sıra addımlar atılıb. Belə ki, UNFCCC tərəfindən icra edilən konfransa qeydiyyat prosesi, son dövr ərzində istifadəyə verilmiş COP29 xüsusi viza xidmətinin istifadəyə verilməsi, media nümayəndələrinin akkreditasiyası, radioelektron avadanlıqların qeydiyyatdan keçirilməsi və müvəqqəti radiospektrin ayrılması, COP29 Yaşıl Zonasında tədbirlərin təşkili üçün təmin olunmuş infrastruktur və məkanların rezervasiyası, tərcümə xidmətinin rezervasiyası üçün bir sıra müxtəlif portalların fəaliyyəti ətraflı izah edilib.

Qlobal əhəmiyyətli konfransda iştirak üçün Bakıya səfər edəcək minlərlə beynəlxalq nümayəndənin müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi məqsədilə tətbiq ediləcək nəqliyyat, qonaqlama və qidalanma istiqamətində görülmüş işlər və nəzərdə tutulan əlavə tədbirlər brifinq iştirakçılarının diqqətinə çatdırılmışdır. Qeyd edilmişdir ki, intensiv şəkildə davam edən əməliyyatların bütün fazalarında ƏŞ-nin ana hədəflərindən biri ekoloji təsirləri və karbon ayaq izinin yolverilən minimumda saxlanılmasıdır.

Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini Ramin Tağıyev COP29 çərçivəsində təşkil ediləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak üçün Bakıya səfər edəcək dövlət və hökumət rəhbərləri və rəsmi heyətlərinə şamil olunan imtiyazlar, qarşılama, yerləşdirilmə və nəqliyyat məsələlərində yer alan protokol məqamlarına toxunub. O Heydər Əliyev adına Beynəlxalq Aeroportun tədbir zamanı fəaliyyət sxemi, şəhərdaxili nəqliyyatın təmin edilməsi, eləcə də Dünya İqlim Fəaliyyəti Sammitinin gündəliyi haqqında diplomatları məlumatlandırılıb.

Tədbir əyani və onlayn qaydada iştirak edən nümayəndələri maraqlandıran məsələlər ətrafında canlı müzakirə və sual-cavab sessiyası ilə davam edib.

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Избранный
451
26
viral.az

10Источники