RU

"Biz Rusiyanı sülhə məcbur etməliyik" - Zelenski

 
"Ukraynalılar öz ölkəsini xilas etmək istəyir, Putin isə əraziləri zəbt etməyə mübtəladır..."
 
"Ramştayn" Təmas Qrupu Ukraynanın zərbə və müdafiə imkanlarını gücləndirmək əzmində olduğunu bəyan edib
 
Almaniyada Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun "Ramştayn" formatında növbəti, 24-cü görüşü keçirilib. Görüşdə Ukrayna prezidenti Vladimir Zelenski və 50-dən artıq ölkənin nümayəndələri iştirak edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "uatv.ua" nəşri məlumat yayıb.
 
Ukrayna prezidenti Vladimir Zelenski görüşdə çıxış edib. O, yenidən öz müttəfiqlərindən Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadə edilməsinə Kiyevə icazə verməyə çağırış edib. 
 
"Biz təkcə Ukraynanın işğal edilmiş ərazisində deyil, həm də Rusiya ərazisində uzaqmənzilli silahlardan istifadə etmək potensialına malik olmalıyıq ki, Rusiyanın sülhə can atmağa motivasiyası olsun", - Zelenski izah edib.
 
Ukrayna liderinin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı törətdiyi müharibə bu il sona çatmalıdır. "Gəlin, elə edək ki, bu payız Rusiyanın təcavüzünə son qoyulsun. Həm də elə tərzdə son qoyulsun ki, bu, beynəlxalq təhlükəsizliyi etibarlı şəkildə bərpa etsin. Biz bunu etməliyik", - Zelenski deyib.
 
O, əlavə edib ki, ukraynalılar öz ölkəsini xilas etmək istəyir, Putin isə əraziləri fəth etməyə mübtəladır. "Putinə bizim şəhərlərimiz, yaxud onlardan qalan xarabalıqlar lazımdır. Ona görə də bizə güc lazımdır. Biz Rusiyanı sülh axtarmağa məcbur etməliyik. Biz Rusiya şəhərlərini və hətta Rusiya əsgərlərini onlara sülhün, yoxsa Putinin lazım olduğu üzərində düşünməyə vadar etməliyik. Onları sülh seçiminə sövq etmək tamamilə realdır", - Zelenski qeyd edib.
 
O, sülhə məcbur etmənin nümunəsi kimi hazırda Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Kursk vilayətinin 1300 kv. km-dən artıq ərazisini nümunə gətirib. Bu zaman o, qeyd edib ki, Putin üçün "Rusiya torpaqları və xalqı o qədər də önəmli deyil, o, sadəcə, imkan daxilində daha çox Ukrayna torpaqları və şəhərlərini zəbt etmək istəyir. 
 
"HHM sistemləri və onlar üçün raketlər Ukraynanının prioritetləridir". Bu barədə görüşdə Ukrayna müdafiə naziri Rüstəm Ömərov bəyan edib və əlavə edib ki, həmçinin Ukraynanın uzaqvuran imkanlarının gücləndirilməsi vacibdir.
 
Pentaqon rəhbəri Lloyd Ostin öz növbəsində bəyan edib ki, Rusiya təcavüzünə uzunmüddətli müqavimət üçün Ukrayna silah istehsalı üzrə öz imkanlarını inkişaf etdirməlidir. Onun sözlərinə görə, ABŞ PUA istehsalı və radioelektron mübarizə sistemlərinin istehsalı üçün komponentlərin alışına 200 milyon dollardan artıq vəsait ayırıb.
 
Xatırladaq ki, sentyabr ayında Zelenskinin ABŞ-a səfər edəcəyi və prezident Baydenə Ukraynanın "qələbə planı"nı təqdim edəcəyi gözlənilir.
Избранный
126
39
moderator.az

10Источники