"Beşiktaş" "Əl-Nəsr"in futbolçusunun xidmətində maraqlıdır.
Offsideplus.az xəbər verir ki, Sadio Mane İstanbul nəhənginə keçə bilər. Bu barədə Səudiyyə Ərəbistan mətbuatında məlumat yayılıb.
Futbolçunun Avropaya qayıtmaq istədiyi və top liqalarda transfer pəncərəsi bağlandığı üçün dönə bilməməsi qeyd olunub. "Beşiktaş" rəhbərliyi də bunu fürsətə çevirərək oyunçunu heyətinə cəlb etmək istəyir.
Mane "Əl-Nəsr" forması ilə 2 matça çıxıb və 2 məhsuldar ötürməyə imza atıb.