İran prezidenti Məsud Pezeşkianın Kazanda keçiriləcək BRİKS sammitində Rusiya lideri Vladimir Putinlə görüşü planlaşdırılıb. Bu barədə İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali sentyabrın 7-də TASS- a müsahibəsində bildirib.
“Biz indi bu səfərə hazırlaşırıq. Çalışırıq ki, səfər ikitərəfli münasibətlərimiz üçün faydalı və uğurlu olsun”, - deyə səfir bildirib.
Onun sözlərinə görə, Pezeşkian digər liderlərlə, Rusiyadakı İran ictimaiyyətinin nümayəndələri ilə görüşləri və BRİKS sammitində çıxışı nəzərdə tutulub.
P.ƏMİRCANOV
XQ