RU

Sentyabrın 7-si Beynəlxalq Təmiz Hava Günüdür

Sentyabrın

Bakı, 7 sentyabr, AZƏRTAC

BMT hər il sentyabrın 7-də qeyd edilən Beynəlxalq Təmiz Hava Günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, müraciətdə havanın çirklənməsinin dövrümüzün ən böyük ekoloji sağlamlıq riski olduğu vurğulanıb. “Bu, həm də iqlim dəyişikliyini daha da gücləndirir, iqtisadi itkilərə səbəb olur və kənd təsərrüfatı məhsuldarlığını azaldır. Havanın çirklənməsi heç bir sərhəd tanımır - hər kəs atmosferimizi qorumaq və hamı üçün sağlam havanı təmin etmək üçün məsuliyyət daşıyır. Sərhədlər, sektorlar və siloslar arasında əməkdaşlıq etməklə biz vaxt, resurslar və səylərin kollektiv sərmayələri vasitəsilə havanın çirklənməsini azalda bilərik. Mavi səmalar üçün Beynəlxalq Təmiz Hava Günündə biz hökumətlərdən və korporasiyalardan tutmuş vətəndaş cəmiyyətinə və fərdlərə qədər hər kəsi bu sahəyə sərmayə qoymağa çağırırıq. Havanın çirklənməsi ilə fəal mübarizə aparmaqla biz transformativ dəyişikliyə nail ola və hamı üçün sağlam havanı təmin edə bilərik”.

BMT-nin ekspertləri qeyd edirlər ki, havanın çirklənməsi - kiçik, gözəgörünməz hissəciklər ağciyərlərə, qan dövranına dərindən nüfuz edir. Bu zərərli maddələrin səbəb olduğu insult, xroniki respirator xəstəlikləri və ağciyər xərçəngi ölümlərin təxminən üçdəbirinə səbəb olur. Günəş işığında çoxlu müxtəlif çirkləndiricilərin qarşılıqlı təsirindən əmələ gələn ozon həm də astma və xroniki tənəffüs xəstəlikləri törədir.

Havanın çirklənməsi iqlimə də mənfi təsir göstərir. Belə ki, iqlim çirkləndiriciləri (SLCP) həm də planetin yaxın müddətli istiləşməsi ilə ən çox əlaqəli olan amildir. Onlar atmosferdə bir neçə gün və ya bir neçə onilliklərə qədər qalırlar. Bu maddələrin az olduğu yerlərdə iqlim sabit olur və insanların ömrü də uzun olur.

BMT qlobal miqyasda havanın keyfiyyəti ilə bağlı proqnozlarını da verib: “Havanın çirklənməsi insan sağlamlığı üçün yeganə ən böyük ekoloji riskdir və dünya miqyasında ölüm və xəstəliklərin əsas qarşısı alına bilən səbəblərindən biridir və bütün dünyada təxminən 6,5 milyon vaxtından əvvəl ölüm halı qapalı və açıq havanın çirklənməsi ilə əlaqələndirilir. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə havanın çirklənməsi qeyri-mütənasib şəkildə qadınlara, uşaqlara və qocalara, xüsusən də aztəminatlı əhaliyə təsir edir, çünki onlar tez-tez odun yanacağı və kerosinlə yemək bişirmək və qızdırmaq nəticəsində yüksək səviyyəli hava çirklənməsinə məruz qalırlar. Havanın çirklənməsinə fəal müdaxilənin olmadığı təqdirdə vaxtından əvvəl ölüm hallarının sayının 2050-ci ilə qədər 50 faizdən çox artacağı təxmin edilir”.

Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf üzrə Konfransının “Arzuladığımız gələcək” adlı yekun sənədində ölkələr dayanıqlı şəhərlər və insan məskənləri kontekstində sağlam hava keyfiyyətini dəstəkləyən davamlı inkişaf siyasətini təşviq etmək öhdəliyi götürüblər. Həmçinin davamlı inkişafa, ətraf mühitin mühafizəsinə və hamı üçün rifaha nail olmaq üçün yol xəritəsini əks etdirən Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi havanın çirklənməsinin azaldılmasının Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün vacib olduğunu qəbul edir.

Избранный
95
1
azertag.az

2Источники