RU

COP29 “yaşıl” iqtisadiyyata keçidi sürətləndirəcək

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazirin birinci müavini Elnur Əliyev Beynəlxalq Parlamentarilər Konqresinin nümayəndə heyəti ilə görüşündə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin “yaşıl” iqtisadiyyatın inkişafına, qlobal iqlim problemlərinin həllinə verdiyi önəmin göstəricisi olduğunu vurğulayıb.

E.Əliyev, həmçinin COP29 çərçivəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın diqqət mərkəzində olduğunu bildirib, eyni zaman­da, ölkəmizdə “yaşıl” enerjinin təşviqi və qlobal iqlim dəyişikliyinin təsirlərinin azal­dılması istiqamətində tədbirlərin həyata ke­çirilməsinə xüsusi diqqət göstərildiyini qeyd edib. 

Görüşdə Beynəlxalq Parlamentarilər Konqresinin İqlim Dəyişikliyi üzrə Beyin Mərkəzinə dair təşəbbüsü çərçivəsində tərəf­daşlıq məsələləri müzakirə olunub.

Избранный
44
2
xalqqazeti.az

4Источники