RU

“Putinin “qırmızı cizgiləri” boş təhdidlərdir” - "Kurskun işğalı müttəfiqlərə göstərdi ki..."

“Onun “cavab addımları” qorxusu həddən artıq şişirdilmiş görünür”

“Ukraynanın Rusiyanın Kursk vilayətinə hücumu Kiyevin müttəfiqlərini heyrətləndirdi, müharibənin dalana dirənməsi ilə bağlı təsəvvürləri darmadağın etdi və Vladimir Putinin nəyin bahasına olursa-olsun öz ərazisini qorumaqla bağlı sözlərinin boş olduğunu göstərdi”. 

“AzPolitika” xəbər verir ki, “Bloomberg” nəşrində Rusiya-Ukrayna müharibəsi mövzusunda yazılan məqalədə belə deyilir.

“Bloomberg” yazır ki, Rusiya qoşunlarının Ukraynanın şərqində say üstünlüyündən istifadə edərək irəliləməsi, bəzi Avropa rəsmilərində Kursk əməliyyatının baha başa gələ biləcəyinə dair narahatlıqlar yaratmışdı: “Ukrayna öz müttəfiqlərini Kursk vilayəti ilə bağlı planlarından xəbərsiz saxlamışdı. İldırım sürətli hücum kampaniyası Rusiyanın müdafiəsinin zəif tərəflərini üzə çıxararaq, Putinin iki il yarımlıq işğalçlıq müharibəsinin amansız taqətdən salma müharibəsinə çevrilməsi və bunun Kremlin xeyrinə olması fikrini təkzib etdi. Rusiyanın ciddi reaksiyasının olmaması Kiyevin Putinin tez-tez istinad etdiyi “qırmızı xətlər”inin ABŞ və Avropanı qorxutmaq məqsədi daşıyan boş təhdidlər olduğuna dair arqumentlərini də gücləndirdi. Prezident Volodimir Zelenski müttəfiqlərini Ukraynaya Rusiya daxilindəki hədəflərə qarşı uzaqmənzilli silahlardan istifadə etməyə icazə verməyə çağırarkən Kremlin Kursk əməliyyatına sönük və səssiz reaksiyasını misal çəkib. Bəzi diplomatlar razılaşır ki, Putinin cavab addımları qorxusu həddən artıq şişirdilmiş görünür.

Moskva hələ də Ukraynanın şərqindən çoxlu sayda qoşunu Kurskda döyüşmək üçün köçürməyib, əvəzində Donetsk bölgəsində çoxsaylı itkilər gətirən hücumu davam etdirir. Müttəfiq rəsmilər deyirlər ki, Rusiya Ukrayna qüvvələrini geri oturtmaq üçün Kurska daha çox qoşun göndərməli olacaq.

Eyni zamanda, Zelenskinin sözlərinə görə, Kurskın işğalı Ukraynanın digər sərhəd şəhərlərini Rusiyanın hücumlarından qorumağa kömək edəcək bufer zonası yaratmaq məqsədi daşıyır. Kurskun işğalı müttəfiqlərə göstərdi ki, Ukrayna qüvvələri bir sıra Qərb silahlarından istifadə etməklə koordinasiyalı hücum əməliyyatları həyata keçirə bilər.

Müharibənin üçüncü ilində artan daxili yorğunluqla və müttəfiqlərin dəstəyinin zəifləyəcəyi ilə bağlı qorxularla üzləşən Zelenski üçün Kursk əməliyyatı danışıqlarda təsir rıçaqları qazanmaq üçün riskli bir oyun idi. Bunu yüksək səviyyəli bir avropalı məmur bildirib.

Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin Beynəlxalq Təhlükəsizlik Proqramının direktoru Set G. Cons isə deyib ki, Ukrayna qoşunlarının Kurskda ələ keçirilən torpaqları müdafiə etmək üçün dərin istehkamlar tikdiyinə dair hələlik çox az dəlil var. O, qeyd edib ki, bu, Kiyevin tez geri çəkilməyə, lakin eyni zamanda irəliləməyə davam etmək və yeni əraziləri ələ keçirmək imkanını da saxlamağa hesablanmış plan ola bilər”.

“AzPolitika.info”

Избранный
138
50
azpolitika.info

10Источники