RU

"Bayer" futbolçusu ilə ayrılığa yaxındır

style='margin-bottom:10px;'>

Leverkuzen “Bayer”inin futbolçusu Conatan Ta komandadan ayrılmağa qərar verib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano Almaniya mətbuatına istinadən xəbər verir. 28 yaşlı almaniyalı müdafiəçi "Bayer"lə müqaviləsini yeniləməyəcəyini açıqlayıb. O, deyib: “Bayer”lə yeni müqavilə imzalamayacam. Artıq qərar vermişəm. Sona qədər burda tam gücümü qoyacam, gələcək klubum isə sonra bilinəcək. Amma mənim qərarım getmək və yeni bir şey yoxlamaqdır”. 

Qeyd edək ki, Conatan Tanın Leverkuzen klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir. O, 2015-ci ilin ildən “Bayer”də çıxış edir.

Избранный
183
1
teleqraf.com

2Источники