Azərbaycan paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.
İdmançı 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə bürünc mükafata sahib çıxıb.
Raman finişə 58.13 saniyəyə çatıb.
Qeyd edək ki, Saley daha əvvəl bu turnirdə gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək) mükafat əldə etmişdi.