RU

Xetaq Karsanovdan gümüş medal

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, turnirin 5-ci günündə sərbəst güləşçilərin mübarizəsinə start verilib.

97 kq çəki dərəcəsində Xetaq Karsanov ilk mərhələdə qırğızıstanlı Aitenir Maksatovu məğlub edib - 11:0. Ardınca o, türkiyəli Rifat Ereni 2:1 hesabıyla üstələyib.

İdmançımız yarımfinalda slovakiyalı Adam Jaksiki də üstələyərək (5:0) finala vəsiqə qazanıb. Təmsilçimiz həlledici qarşılaşmada qazaxıstanlı Rizabek Aitmukana yenilib - 0:10. Bununla da, o, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan yığması bunadək 2 gümüş, 2 bürünc medal qazanıb.

Cocu Səmədovdan gümüş medal

Güləşçimiz dünya çempionatında final görüşünə çıxacaq

Azərbaycanı DÇ-də bu güləşçilər təmsil edəcəklər

Güləşçimiz açıqlama verib: "Azərbaycan xalqından üzr istəyirəm"

Güləşçimiz Dünya Çempionatının gümüş medalını qazanıb

Избранный
147
2
apasport.az

10Источники