Hajigabul Poultry Farm Company
Baş Mühasib
Son tarix 07 okt 2024 - [email protected]
Vəzifə üzrə tələblər:
- Ali təhsil: İqtisadiyyat (Maliyyə və Mühasibat uçotu üzrə üstünlükdür)
- Sertifikatlar: ACCA ( F3 ) , PMS, CFA
- Müvafiq sahədə iş təcrübəsi mütləqdir ( kənd təsərrüfatı sahəsi üzrə Baş mühasib kimi minimum 5 illik təcrübə)
- Microsoft office programlarından istifadə bacarığı
- Logo ERP proqramından istifadə bacarığı .
Vəzifə öhdəlikləri:
- Müəssisənin aylıq, rüblük, illik maliyyə və idarəetmə hesabatlarının hazırlanması işinin təşkili;
- Mühasibat uçotunu Uçot siyasətinə və Vergi Qanunvericiliyinə əsasən aparmaq;
- ERP sistemində operativ və düzgün uçotun aparılması;
- Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq;
- Mənfəət/zərər, balans hesabatlarının düzgünlüyünə nəzarət;
- Vergi portalında şəxsi vərəqəyə nəzarət;
- Əmək haqqı və işçilərə digər ödənişlərin icrasına nəzarət;
- Debitor və kreditor hesablarına nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
- Müştərilər, təchizatçılar və sığorta ilə üzləşmələrə nəzarət;
- Mühasibatlıq strukturunda öhdəliyinə verilən bütün əməliyyatlara nəzarət;
- İnventarizasiyanın aparılmasına nəzarət;
- Mənfəət vergi bəyannaməsinin hazırlanması;
- Statistika hesabatlarının hazırlanması;
- Büdcə, mənfəət və zərər hesabatlarının hazırlanması;
- Rəhbərliyin tələbi ilə digər hesabatların hazırlanması;
- Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üçün təkliflərin verilməsi;
- Aylıq hesabatlarının hazırlanması və rəhbərlik tərəfindən təsdiq edilməsi;
İş şəraiti:
- 6 günlük iş rejimi (08:00 – 17:00) və həftədə bir gün istirahət
- Nahar şirkət tərəfindən təmin edilir
- Servis mövcüddur ( Bakı şəhəri, Hacıqabul,Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir ) .
- Əmək haqqı müsahibə əsasında razılaşma yolu ilə müəyyən ediləcəkdir.
Cv –lərinizi [email protected] mail adresinə göndərməyinizi xahiş edirik və yaxud mövcud vakansiya ilə bağlı whatsapp nömrəsi ilə (051)230-44-07 əlaqə saxlaya bilərsiniz.