Futbol üzrə Azərbaycan millisi sabah Slovakiya ilə tarixi ərzində 11-ci dəfə qarşılaşacaq.
Medianews.az İdman.bizə-ə istinadən bildirir ki, komandamız daha çox yalnız Qazaxıstan və Moldova ilə oynayıb – hərəyə 12 dəfə.
Azərbaycan komandası slovaklarla əvvəlki 10 görüşdən 2-də qələbə qazanıb: 2001-ci ildə Bakıda 2:0 və iki il əvvəl Trnavada – 2:1. Son oyundakı uğurlu nəticə sayəsində Azərbaycan UEFA Millətlər Liqasının 2022-23-cü illər mövsümündə qrupda Slovakiyanı qabaqlayaraq 2-ci yeri tutub.
Slovaklarla qalan 8 görüşdə isə məğlubiyyət qeydə alınıb – Azərbaycan komandası heç bir rəqibə bu qədər uduzmayıb.
Qeyd edək ki, UEFA Millətlər Liqasının Slovakiya – Azərbaycan oyunu sentyabrın 8-də Koşitsedə keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.