Ağstafada bədbəxt hadisə baş verib. Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qırılı kəndində qeydə alınıb. Kənd sakini Füzuli İsmayılov pilləkəni hasara söykəyib üzüm yığırmış. Bu zaman hasar üçub, Füzuli İsmayılov və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalıblar. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.