RU

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - YENİLƏNİB

Cəlilabad şəhərində yanan evdəki azyaşlı xilas edilərək rayon xəstəxanasına çatdırılıb.

E-huquq.az xəbər verir ki, digər azyaşlının evdə olması barədə ilkin məlumat təsdiqini tapmayıb, o, evdən kənarda olub.

Onu da qeyd edək ki, ana iki azyaşlı uşağı ilə həmin evdə kirayə qalıb. Ana işləmək üçün Cəlilabad rayonunun kəndlərindən birindən şəhərə köçüb.

***

15.21

Cəlilabad rayonunda evdə yanğın başlayıb.

E-huquq.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Azərbaycan küçəsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.

Məlumata görə, yanğın zamanı iki azyaşlı uşaq evdə qalıb.

Hazırda onların xilas olunması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
15
e-huquq.az

10Источники