ABŞ-nin dövlət katibi Antoni Blinken sentyabrın 9-10-da Böyük Britaniyaya səfər edəcək, o, ölkə iqtidarı ilə hərbi əməkdaşlıq və Ukraynaya yardım məsələlərini müzakirə edəcək.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı açıqlamasında bildirib.
Onun sözlərinə görə, Amerika xarici siyasət idarəsinin rəhbəri “9-10 sentyabr tarixlərində Böyük Britaniyaya səfər edəcək və burada iki ölkə arasında strateji dialoq açacaq”.