“Prezident Rəcəb Tayyib Ərdoğan hazırkı istintaqın ciddi şəkildə davam etməsi, hadisənin tam aydınlaşdırılması və Narin qızımızın canına qəsd edənlərin ədalət qarşısında cavab verməsi üçün məsələni yaxından izləyir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun “X” hesabında yazıb.
Xatırladaq ki, Türkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən 8 yaşlı Narin Güranın meyiti Tavşantəpə kəndi ərazisində tapılıb
Müəllif: Teleqraf.com