RU

"Putin Ukraynanın suverenliyi və müstəqilliyini məhv edə bilməyəcək" - ABŞ və Britaniya kəşfiyyatı

"ABŞ və Britaniya kəşfiyyatı Putinin Ukraynaya qarşı müharibəsinə birlikdə müqavimət göstərir..."
 
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns və Britaniya MI6 Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Mur bəyan edib ki, indi Ukrayna ilə bağlı "müəyyən edilən kursa əməl etmək" həmişəkindən daha vacibdir.
 
Moderator.az xəbər verir ki, bu barədə onlar "Financial Times" qəzetində dərc edilən məqaləsində bəyan edib. Məlumatı "golosameriki.com" nəşri yayıb.
 
Bu, tarixdə ilk dəfə olaraq bu idarələrin rəhbərlərinin birgə müəllifliyi ilə olan təşəbbüsdür. 
 
Məqalədə onlar qeyd edib ki, rəhbərlik etdikləri hər iki agentlik "Putinin Ukraynaya qarşı təcavüzkar müharibəsinə
birlikdə müqavimət göstərir".
 
"İndi Ukrayna ilə bağlı müəyyən edilən kursa əməl etmək həmişəkindən daha həyatı əhəmiyyətlidir. Putin Ukraynanın suverenliyi və müstəqilliyini məhv edə bilməyəcək", - onlar əmin edib və əlavə edib ki, başçılıq etdikləri idarələr Ukrayna kəşfiyyatına kömək etməkdə davam edəcək.
 
Berns və Mur Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində hücumunu "xeyli nailiyyət" adlandırıb və Kiyevin müttəfiqlərinə Rusiyadan gələn eskalasiya təhdidlərinə uymamağa çağırış edib.
 
MKİ direktoru Berns hesab edir ki, USQ-nin Kursk əməliyyatı Rusiya ordusunun həssas yerlərini üzə çıxarıb. O, eskalasiya riskini "yadda saxlamağın", eyni zamanda Rusiyanın "silah oynatmağından qorxmamağın" zəruriliyini vurğulayıb.
 
Məqalədə məmurlar həmçinin Avropada "Rusiyanın təxribatlar kampaniyalarına" və "yalan və dezinformasiyanın yayılması üçün texnologiyalardan riyakarcasına istifadə edilməsinə" diqqət çəkib. Mur qeyd edib ki, rusiyalı casuslar getdikcə daha şiddətlə və ağılsızcasına işləyir. "Rusiya kəşfiyyatı bir qədər cırlaşıb", - o, deyib.
 
Bundan başqa, Berns qeyd edib ki, Rusiya ilə Çin, İran və Şimali Koreya arasında müdafiə sahəsində əməkdaşlıq təkcə Ukrayna deyil, həm də Yaxın Şərqdə Qərb müttəfiqlərinə təhlükə törədir.
Избранный
239
50
moderator.az

10Источники