İran prezidenti Məsud Pezeşkian Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək və orada Rusiya lideri Vladimir Putinlə görüşəcək. Bu barədə TASS-a İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali məlumat verib.
“Bəli, düşünürəm ki, o, Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək. Biz indi bu səfərə hazırlaşırıq ki, ikitərəfli münasibətlərimiz üçün faydalı və uğurlu olsun”, - deyə səfir bununla bağlı sualı cavablandırıb. “İkitərəfli münasibətlərə gəlincə, Rusiya lideri cənab Putinlə görüş, eləcə də digər liderlərlə, İran ictimaiyyəti ilə ikitərəfli görüşlər və sammitdə çıxış nəzərdə tutulur”.
S.ELAY
XQ