RU

2026-cı ildə dəhliz belə açılacaq: 1919-cu ilin şərtləri təmin olunur

Aparılan danışıqlar, müzakirələr Azərbaycanın lehinədir. Ayrı-ayrı dövlətlər arasında son 4 ildə Zəngəzur dəhlizi ilə bağlı ziddiyyətlərdə Bakı uduşlu tərəf kimi ayrılan beynəlxalq subyektdir. Zəngəzur dəhlizinin açılmamasının əsas səbəbi bir neçə amillə bağlıdır. Qərb və Rusiya arasında bu dəhliz uğrunda mübarizə gedir. İranın da bunun əlehinə olduğu göstərilir.

Bunu Teleqraf.com-a politoloq Zaur Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan üçün əsas amil nəqliyyat kommunikasiyanın bir şəkildə açılmasıdır:

“Bunun daxilindəki parametrləri isə müxtəlif danışıqlar yolu ilə həll etmək mümkündür. Bu, beynəlxalq konsersuma da verilə bilər. Eyni zamanda burada hansısa dövlətin orqanlarının iştirakı da mümkündür. Başqa bir statusun olması da müzakirə predmetidir”.

Politoloq hesab edir ki, Bakı gözləmə mövqeyində dayanaraq qlobal inistutların daha kəskin mübarizə aparmasının seyr edir:

“Nəticə etibarı ilə Ermənistan özü qəarar verməlidir. Əgər Azərbaycan qərar verməli olsaydı, öz ərazisi ilə bağlı bu və yaxud digər məsələlərlə bağlı addım atardı. Fakt isə odur ki, Zəngəzurun Qərb hissəsi tarixi nöqteyi-nəzərdən beynəlxalq subyektlər tərəfindən Azərbaycan bir parçası kimi qəbul edilib. Qərbi Zəngəzur torpaqları Azərbaycan Xalq Cumhuriyyəti dövründə ona məxsus olub. Həmin dövrdə bir çox dövlətlər o əraziləri Azərbaycanın tərkib hissəsi kimi tanıyıb”.

Zaur Məmmədova görə, sərhədlərin dəyişilməzliyindən danışanlar yaxşı olardı ki, öz tarixlərinə nəzər salsın:

“1919-cu ildə həmin dövlətlərin liderləri Zəngəzuru Azərbaycan ərazisi kimi qəbul edib. Sözsüz ki, Zəngəzur dəhlizi Orta Dəhliz üçün vacib bir orteriyadır. Ona görə də, bu region uğrunda mübarizə bundan sonra daha da şiddətlənəcək. Nəhayət, 2026-cı ilə qədər Zəngəzur dəhlizi ilə bağlı addımlar atılacaq”.


Müəllif: Tapdıq Qurbanlı
Избранный
129
50
teleqraf.com

10Источники