Demokrat.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov özünün "Facebook" hesabında yazıb.
V.Bayramov bildirib ki, yeni qaydalara əsasən, hərbi qulluqçuların götürdükləri ipoteka kreditlərinə maliyyə dəstəyi göstəriləcək.
İqtisadçı qeyd edib ki, sənədə əsasən, 2024–2025-ci tədris ilindən başlayaraq xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 il zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi veriləcək.
"Belə ki, güzəştli ipoteka kreditinin verildiyi tarixə ilkin ödəniş və aylıq annuitet ödənişlərinin bir hissəsi üzrə yalnız bir yaşayış sahəsinin satın alınması məqsədilə müddəti azı 15 il olan güzəştli ipoteka kreditləri üzrə maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur".
Maliyyə dəstəyinin həcmi barədə məlumat verən V.Bayramov ilkin ödəniş üçün maliyyə dəstəyinin ipoteka kreditinin maksimal məbləğinin 15 faizindən yuxarı olmamaq şərti ilə veriləcəyini nəzərə çaydırıb. Annuitet ödənişləri üzrə isə maliyyə dəstəyi belə ödənişlərin 50 faizi həcmində olacaq.
"Maliyyə dəstəyi almaq istəyən hərbi qulluqçularımız “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə müraciət edə bilərlər. Maliyyə dəstəyi göstərilməsi üçün Müdafiə Nazirliyinin bu məqsədlə açılmış bank hesabında vəsait saxlanılacaq.
Maliyə dəstəyi daha konkret olaraq Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsində, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursunda, Bakı Hərbi Kollecində, Gəncə Hərbi Kollecində və Naxçıvan Hərbi Kollecində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə veriləcək. Eyni zamanda, bu dəstək 2024–2025-ci tədris ilindən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 il zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən Azərbaycan vətəndaşları olan hərbi qulluqçulara da şamil edilir.
8Источники
-
fed.azAzərbaycanda yenilik: Xüsusi təyinatlıların ipoteka kreditini dövlət ödəyəcək – PREZİDENTDƏN FƏRMAN ( 10737577)
-
fed.azAzərbaycanda yenilik: Xüsusi təyinatlıların ipoteka kreditini dövlət ödəyəcək – PREZİDENTDƏN FƏRMAN ( 10737482)
-
demokrat.azBu vətəndaşlarıın ipoteka kreditlərinə maliyyə dəstəyi göstəriləcək ( 10721568)
-
yenicag.azBu şəxslərin ipoteka kreditlərinə maliyyə dəstəyi göstəriləcək ( 10721052)
-
moderator.azGüzəştli ipoteka hərbçilərə necə və hansı şəkildə veriləcək?-DETALLAR ( 10708615)
-
fed.azAzərbaycanda yenilik: Xüsusi təyinatlıların ipoteka kreditini dövlət ödəyəcək – PREZİDENTDƏN FƏRMAN ( 10701284)
-
viral.azHərbçilərə güzəştli ipoteka kreditləri üçün maliyyə dəstəyinin şərtləri məlum OLDU ( 10693390)
-
index.azHərbçilərə güzəştli ipoteka kreditləri üçün maliyyə dəstəyinin şərtləri məlum olub ( 10687261)