RU

Dövlət qurumları arasında 3x3 basketbol turnirinin qalibləri - FOTO

Dövlət qurumları arasında 3x3 basketbol turniri keçirilib.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 8 dövlət qurumu təmsil olunub.

Avropa Oyunları Parkında xüsusi quraşdırılmış basketbol meydançasında təşkil olunan yarışda qadınlar arasında AZAL birinci olub.

Gənclər və İdman Nazirliyi və SOCAR yarışı müvafiq olaraq, ikinci və üçüncü pillədə başa vurublar. Kişilər arasında AZAL, Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi fərqləniblər.

İdman.biz

Məqalədə:
Избранный
20
8
idman.biz

10Источники