RU

Dövlət qurumları arasında basketbol turniri keçirilib

Sentyabrın 8-də dövlət qurumları arasında 3x3 basketbol turniri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 8 dövlət qurumu təmsil olunub.

Avropa Oyunları Parkında xüsusi quraşdırılmış basketbol meydançasında təşkil olunan yarışda qadınlar arasında "AZAL" komandası birinci olub. Gənclər və İdman Nazirliyi  və SOCAR-ın komandaları isə yarışı ikinci və üçüncü pillədə başa vurublar.

Kişilər arasında baş tutan yarışlarda isə "AZAL", Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsinin komandaları fərqləniblər.

Əli Hüseynov

Избранный
18
8
bakivaxti.az

10Источники