“Real”ın baş məşqçisi Karlo Ançelotti futbolda qazandığı qələbələri necə qeyd etməsi barədə maraqlı söhbət açıb.
Arena.az “Marca” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə söhbətini təqdim edir:
“Mən rəqs etməyi, oxumağı, ailəm və dostlarımla yaxşı vaxt keçirməyi sevirəm. Oxumaq üçün doğru anı seçmək vacibdir. Mən yalnız stadionda olanda və qənimət qazandığımız zaman oxuyuram.
Düşünürəm ki, həyatımda bir dəfə futbolçularla avtobusda siqar çəkmişəm. Mən heç vaxt siqar çəkmirəm, amma indi mənə verilmiş siqarlarla dolu bir evim var. Elə, mənə həmişə verilən saqqız kimi, amma mən onu ancaq oyunlarda çeynəyirəm”, deyə Ançelotti bildirib.
Karlo Ançelotti məşqçiliyə 1992/1993-cü illər mövsümündə, İtaliya yığmasında baş məqşçinin köməkçisi olaraq başlayıb. 1995/1996-cı ilər mövsümündən isə italyan mütəxəssis müstəqil surətdə məşqçiliyə baş vurub.
Xatırladaq ki, 65 yaşlı italyan mütəxəssisin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.
Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.