Fransanın paytaxtı Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə təşkilatçı ölkənin prezidenti Emmanuel Makron da iştirak edib. Ancaq mərasimə gələnlər onu heç də xoş qarşılamayıb.
"Stad de Frans"da keçirilən tədbirin paradı zamanı Makron arenadakı monitorda göstərilib. Bu zaman tamaşaçılar onu fitə basıblar.
Qeyd edək ki, ölkəmiz Paralimpiya Oyunlarında 7 növdə 18 idmançı ilə təmsil olunub. Komandamız yarışları 11 medalla (4 qızıl, 2 gümüş və 5 bürünc) başa vurub. Azərbaycan 169 ölkə arasında 28-ci yeri tutub.