RU

ABŞ Çin əleyhinə qanun layihələrini dəstəkləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası Çinə qarşı bir neçə qanun layihəsini təsdiqləyib.

Fins.az xəbər verir ki, bu barədə qanunverici orqanın aşağı palatasının X sosial şəbəkəsindəki səhifəsində deyilir.

Məlumata görə, Nümayəndələr Palatası ABŞ-da “Çin Xalq Respublikasının bədxassəli təsiri” ilə mübarizə aparmaq üçün fondun yaradılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib.

2023-2027-ci illər ərzində bu məqsədlər üçün hər il 325 milyon dollar ayrılması təklif edilir. Konqresin aşağı palatasının 351 üzvü qanun layihəsinin lehinə, 36-sı isə əleyhinə çıxış edib.

Nümayəndələr Palatası Çinin Rusiya Federasiyasına Amerika istehsalı olan yarımkeçiricilər tədarükü ilə bağlı “iqtisadi casusluq” ittihamı ilə xarici vətəndaşlara qarşı sanksiyalar tətbiq edən qanun layihəsini də dəstəkləyib.

Bundan əlavə, Konqresin aşağı palatası ABŞ Maliyyə Departamentindən “ÇXR-in yüksək rütbəli məmurları” ilə əlaqəli maliyyə institutları və hesablar haqqında məlumat təqdim etməyi tələb edən qanun layihəsini dəstəkləyib.

Kaira Agayeva 

Fins.az

 

Избранный
15
5
fins.az

7Источники