RU

Oyuncaq alarkən nələrə diqqət etməli? - Həkim tövsiyəsi

Digər sahələrdə olduğu kimi, oyuncaq sektoru da günü-gündən çeşidlənir, genişlənir. Nəzərə alsaq ki, oyuncaq azyaşl körpələrin sevimli əşyasıdır, bu zaman mövzu daha da vacib hal alır. Valideynlər balacalar üçün oyuncaq alarkən nələrə diqqət yetirməlidirlər? Kefiyyətsiz oyuncaqlar uşaqlara nə kimi təhlükəli vəziyyət yarada bilər?

Pediatr Qoşqar İsmayılov Modern.az-a deyib ki, oyuncaq alarkən ilk növbədə onun kefiyyətinə fikir vermək lazımdır, daha sonra uşağın yaşına uyğun oyuncaq seçilməlidir:

"1 yaşa qədər uşaqlar üçün oyuncaqlar azyaşlıya zərər verməyəcək xüsusi kauçuk matrealdan hazırlanmalıdır. Oyuncağın üzəri tüklü, yunlu olmamalıdır, kefiyyətli rezindən hazırlanmılıdır. Yaş artdıqca qız və oğlan uşaqlarında  cinsə görə oyuncaqlar fərqlənir, bu zaman artıq yaşına görə oyuncaq seçmək lazımdır",- deyə o qeyd edib.

Bəzi yumşaq, plastilin tipli oyuncaqlar var ki, xüsusən, allergik uşaqlara məsləhət deyil:

"İstər parça, istər plastik oyuncaqlarda kefiyyətsiz matreallardan istifadə olunubsa, məsləhətli sayılmır. Kefiyyətsiz oyuncaqların qoxusu da orqanizmə zərərlidir. Belə oyuncaqlar insanda müxtəlif xəstəliklər - dəri xəstəliklərindən tutmuş qan xəstəliklərinə qədər gətirib çıxara bilər".

Gülarə Quliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
44
2
modern.az

3Источники