RU

Kofenin faydası: Alimlər içkinin gözlənilməz xüsusiyyətini tapdı

Kofe içmək yaşlandıqca əzələ itkisinin qarşısını ala bilər. 

Qaynarinfo xəbər verir ki, bunu "Frontiers in Nutrition" jurnalında dərc olunan yeni araşdırma sübut edir.

Tədqiqatçılar bildirir ki, qəhvə içmək yaşlanma zamanı gücü, əzələ kütləsini və performansı azaldan əzələ-skelet sistemi xəstəliyi olan sarkopeniyanın qarşısını almağa kömək edə bilər.

Tədqiqat zamanı gündəlik qəhvə içən insanlarda 11-13% daha çox əzələ kütləsi olub, kofeinsiz qəhvə ilə isə əhəmiyyətli bir əlaqə tapılmayıb.

"Lakin bu əlaqə bütün tədqiqat iştirakçılarında müşahidə edilmədi. Kofe istehlakı ilə artan əzələ kütləsi arasındakı əlaqə, bədən kütləsi indeksi (BMI) 30-dan çox olan insanlarda yoxa çıxdı", deyə Klivlend Klinikasından geriatr Luke Kimi vurğulayıb.

Qeyd olunur ki, tədqiqat üçün alimlər 2011-2018-ci illər arasında toplanmış 8300-dən çox amerikalı böyüklərin səhhəti ilə bağlı məlumatlardan istifadə ediblər. İştirakçıların orta yaşı təqribən 40 il və əksəriyyəti qadınlar olub.

Tədqiqatın müəllifləri sümük sıxlığını skan edərək iştirakçıların əzələ kütləsini, həmçinin öz hesabat sorğusu əsasında iştirakçıların qəhvə istehlakını qiymətləndirib. Tədqiqat zamanı bu sorğular iki dəfə aparılıb.

Eyni zamanda, tədqiqatçılar qəhvə istehlakının əzələ toxumasının artması ilə necə əlaqəli ola biləcəyini izah etməyiblər. Bununla belə, kofeinin iltihab əleyhinə xüsusiyyətləri onun bir hissəsi ola bilər.

"Qəhvənin tərkibində çoxlu antiinflamatuar birləşmələr var və məlumdur ki, iltihab əzələ kütləsinin azalması ilə əlaqələndirilir", deyə dietoloq, tibb elmləri namizədi Dana Hannes qeyd edib.

Öz növbəsində, idman dietoloqu və fizioloqu Haydi Skolnik hesab edir ki, qəhvə qocalmış hüceyrələrin təkrar emalına kömək edən autofagiyaya kömək edə bilər. Hannes deyir ki, insanlar hər hansı bir real sağlamlıq faydasını görmək üçün illər boyu qəhvə içməli olacaqlar:

"Yaşlandıqca əzələ kütləsini saxlamaq vacibdir, çünki əzələlər bizə tarazlığı qorumağa, hərəkətli və aktiv qalmağa imkan verir və onlar bizə qida həzm etməyə və udmağa kömək edir".

Aydın

Избранный
97
40
qaynarinfo.az

10Источники