RU

Ağstafa-Bakı qatarının hərəkət qrafikinə dəyişiklik edilir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) payız-qış mövsümünə keçidlə əlaqədar Ağstafa-Bakı qatarının hərəkət qrafikinə dəyişiklik edir.

ADY-dən Heftelik.az-a verilən məlumata görə, 16 sentyabr 2024-cü il tarixindən etibarən qatar Ağstafadan Bakıya saat 16:40-da (əvvəl 18:20-də) yola düşəcək.

Qatar Bakı Dəmiryol Vağzalına saat 21:47-də çatacaq (əvvəl 23:27-də).

“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”, – məlumatda qeyd olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
47
heftelik.az

10Источники