RU

Respublika ərazisində təhlükəsizlik aylığı keçirilir

Respublika

Bakı, 11 sentyabr, AZƏRTAC

Yeni dərs ilinin başlanması təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsini tələb edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin göstərişinə əsasən, bu sahədə həyata keçirilən qabaqlayıcı tədbirlərin effektivliyinin artırılması məqsədilə sentyabrın 10-dan respublika ərazisində təhlükəsizlik aylığının keçirilməsinə başlanılıb. Oktyabrın 10-dək davam edəcək və “Diqqət, uşaqlar!” devizi altında keçiriləcək tədbirlər çərçivəsində təhsilalanların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlərin gücləndirilməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə edilməsi, çatışmazlıqların aradan qaldırılması, xüsusilə maarifləndirmə və tərbiyəvi-təbliğat xarakterli işlərin görülməsi nəzərdə tutulur.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobil qəzalarında uşaqların travma almasının minimuma endirilməsində əhalini, xüsusilə qeyri-hökumət təşkilatlarını, media subyektlərini birgə iştirakçılığa dəvət edir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
58
3
azertag.az

10Источники