RU

Türk dünyasının ortaq əlifbası qəbul edilib

Sentyabrın 9-11-də Türk Akademiyasının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının iştirakı ilə türk dünyasının vahid əlifbası ilə bağlı danışıqların üçüncü mərhələsi başa çatıb. İclas nəticəsində türk dünyasının vahid əlifbası qəbul edilib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İclasda ilk dəfə 1991-ci ildə alimlər tərəfindən təklif edilən latın əlifbası əsasında türk dünyasının vahid əlifbası müzakirə olunub. Komissiya bu əlifba layihəsinə yenidən baxılması üçün müzakirələr aparıb.

Komissiyanın işi nəticəsində 34 hərfdən ibarət ortaq türk əlifbası haqqında razılıq əldə olunub. Təklif olunan əlifbanın hər hərfi türk dillərində rast gəlinən ayrıca fonemi təmsil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
14
kommersant.az

10Источники