RU

"Sabah"ın Çempionlar Liqasındakı oyununun başlama vaxtı dəqiqləşib

Azərbaycan çempionu "Sabah"ın FIBA Çempionlar Liqasında oyununun başlama vaxtı dəqiqləşib.

İdman.biz xəbər verir ki, komanda təsnifat mərhələsində "Norçepinq Dolfins"lə qarşılaşacaq.

Türkiyənin Antalya şəhərində keçiriləcək matç sentyarın 17-də Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Qeyd edək ki, oyun İctimai TV vasitəsilə yayımlanacaq.

İdman.biz

Избранный
54
4
idman.biz

5Источники