RU

Azərbaycan müdafiə naziri Türkiyənin yeni hərbi attaşesini qəbul edib

Bakı. Trend:

Türkiyə Respublikasının ölkəmizdə yeni təyin edilən hərbiattaşesi general-mayor Gaffar Gören müdafiə nazirigeneral-polkovnik Zakir Həsənova təqdim olunub.

Trend bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Müdafiə naziri türkiyəli qonağı salamlayaraq onu ölkəmizdəfəaliyyətə başlaması münasibəti ilə təbrik edib.
General-polkovnik Z.Həsənov iki qardaş ölkənin dövlət başçılarınınsəmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbiəməkdaşlığa da müstəsna təsirini xüsusi vurğulayıb.Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və stratejimüttəfiqliyə əsaslandığını bildirib.

General-polkovnik Z.Həsənov türkiyəli hərbi attaşeyəAzərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın daha da inkişafetdirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlararzulayıb.

General-mayor G.Gören isə öz növbəsində səmimi qəbula vəgöstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycandahərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib.Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinaminə səylərini əsirgəməyəcəyini bildirib.

Ölkəmizdə hərbi attaşelik fəaliyyətini başa vuran general-mayorSoner Oruçoğlunun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki,hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın yeni perspektivləri,eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı genişfikir mübadiləsi aparılıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
49
az.trend.az

8Источники