RU

"Seçkilərdə məğlubiyyətə görə məsuliyyət mənim üzərimdədir" - KXCP sədri

Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində baş verənlərlə bağlı hər kəsin  məsuliyyəti var.

 

Bunu Modern.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.

 

“Partiya sədri kimi mənim də məsuliyyətim var. Hesab edirəm ki, məğlubiyyətə də, qələbəyə də görə məsuliyyət mənim üzərimdədir. Bu məsələ də dəyərləndiriləcək. Sentyabrın 15-də Ali Məclisin toplantısı olacaq. Orada həm seçkinin nəticələri və digər mühüm məsələlər təhlil olunacaq. İlkin açıqlamadan daha geniş açıqlamamız olacaq”, - o qeyd edub.

 

Избранный
112
modern.az

1Источники