RU

“Bu ildən etibarən yağıntı, rütubətlilik dövrü başlayır” - EKOLOQ DANIŞDI

“İqlim dəyişmələrinin dünyaya təsiri o qədər də hiss olunmur. Bəzi ölkələrdə bu təsirlər özünü daha çox büruzə verir. Azərbaycanda isə iqlim dəyişmələri ilə bağlı quraqlıq özünü göstərir. Lakin bu da periodik bir dövrü əhata edir. Azərbaycan ərazisində sonuncu quraqlıq Sovet dövründə baş verib. Yağıntıların azlığı, küləkli havanın üstün olması SSRİ, o cümlədən də Azərbaycan ərazisində özünü göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

O bildirib ki, sözügedən dövrdə meşə zolaqlarının salınmasına başlanıldı: “Bu ildən başlayaraq isə artıq yağıntı, rütubətlilik dövrü başlayır. Hansı ki, keçdiyimiz il Naxçıvanda özünü göstərib. Belə ki, 60 faizə qədər yağıntı müşahidə olunub.

Hər bir canlıda öz yuvasına qarşı olan rəğbət hissi var. Lakin biz insanlar öz həyatımızda qapının yalnız içəri tərəfi ilə maraqlanırıq. Hazırda Bakıda yaşıllıq çox azdır.

Ekologiyamızı qoruya bilmək üçün uşaqlarımızı təbiətsevər böyütməliyik. İnsan yaşadığı mühitlə evindəki mühiti biri-birindən fərqləndirməməlidir. Azərbaycanda günəş enerjisi, Bakı küləkli şəhər olduğuna görə külək enerjisindən, su enerjisindən istifadə edə bilərik.

Bəzi torpaq səthi az olan Yaponiya kimi ölkələrdə isə panellərdən istifadə olunur. Bu da enerji əldə olunması üçün mühüm addımlardan biridir”.

Müəllif: Səbinə Hüseynli
Избранный
100
sia.az

1Источники