RU

“Nüvə fəlakətinə səbəb ola bilər” – Lavrovdan xəbərdarlıq

“Ukrayna ordusu Zaporojye Atom Elektrik Stansiyasına da hücumlar təşkil edir. Məsələn, avqustun 11-də Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində burada yanğın baş verib. Yanğın zamanı elektrik stansiyasının iki soyuducu qülləsindən biri zədələnib. Bu, ciddi vəziyyətdir. Qərb buna əhəmiyyət vermədi. Ancaq belə hərkətlər Çernobıl kimi bir nüvə fəlakətinə səbəb ola bilər”.

“AzPolitika” xəbər verir ki, bunları Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Qərbi Ukraynanın hərəkətlərini dəstəkləməkdə ittiham edən Lavrov NATO-nun Ukraynaya uzaqmənzilli silahlar verdiyini, hərbi kosmik kəşfiyyat məlumatları ötürdüyünü, Rusiyadakı infrastruktur obyektlərinə hücumları koordinasiya etdiyini bildirib.

Rusiya ordusunun hazırda Kursk bölgəsindən Ukrayna əsgərlərini çıxarmağa davam etdiyini bildirən Lavrov, Kursk Atom Elektrik Stansiyasındakı (NGS) vəziyyətin də çox gərgin olduğunu deyib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
1
azpolitika.info

2Источники