RU

Gürcüstanın baş naziri: "Müxalifətin seçki kampaniyasını xaricilər aparırlar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hakim "Gürcü Arzusu" partiyası müxalifətlə televiziya debatlarına hazırdır, lakin hakimiyyət opponentlərinin cəmiyyətə deməyə heç nəyi yoxdur, onların əvəzinə seçki kampaniyasını xaricilər aparır.
Oxu.Az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Kobaxidze bildirib.
Antikorrupsiya Bürosunun monitorinqinə əsasən, Gürcüstanda partiyalar öz maliyyələşmələri barədə məlumatı tam və ya qismən açıqlamırlar. Həmçinin müxalifət partiyalarının seçki kampaniyaları və fəaliyyətləri xarici donor təşkilatlar və ya digər mənbələr tərəfindən maliyyələşdirilə bilər ki, onlar da öz növbəsində bu siyasi partiyalarla əlaqəli QHT-lərə vəsait ödəyirlər.
"Televiziya debatları mənim üçün problem deyil, bunda heç bir çətinlik yoxdur, müxalifətin cəmiyyətə deyəcək heç nəyi yoxdur. Onların əvəzinə kampaniyanı xaricilər aparırlar?! Məgər onların debatlara vaxtı var?!" - deyə Kobaxidze bildirib.
Избранный
98
50
oxu.az

10Источники