RU

ABŞ-nin Ermənistana dəstəyi regionda Vaşinqtonun "boz zona" yaratmaq arzusunun bir hissəsidir - RƏY

Bakı. Trend:

ABŞ-nin Ermənistana dəstəyi regionda faktiki mübahisəliməsələlər üzərində Vaşinqtonun "boz zona" yaratmaq arzusunun birhissəsidir.

Bunu Trend-ə açıqlamasında siyasi təhlilçi AqşinKərimov deyib.

O bildirib ki, ABŞ-nin sonrakı planlarının dəqiq ölçüsünümüəyyən etmək çətindir, amma görünür ki, Vaşinqtonun əsas məqsədiAzərbaycan-Ermənistan münasibətləri üzərində Rusiyaya qarşıregional təbəqə yaratmadır.

"Proseslərdən ən böyük zərəri Ermənistan çəkir və davamlımübarizənin ortasında qalan İrəvanın taleyi sual altına düşür. Onagörə ki, ABŞ regionda Rusiya ilə geosiyasi cəbhə xətlərini çəkməyəçalışdıqca, İrəvan Vaşinqtonla Moskva arasında sövdələşmə mövzusuolaraq qalacaq.

Yəni İrəvan regional mübarizənin ürəyində qaldıqca, Rusiya iləABŞ onu necə nüfuz dairəsinə bölməyin yollarını aramaq üçün eynimasa arxasına əyləşə bilər.

Bu, bəlkə də, gələcək regional geosiyasi konyunkturanı əhatəedən məsələdir və Azərbaycan da prosesi gözəl dərk edir. Beləolduğu təqdirdə, Azərbaycan “bölünən Ermənistan”ın özünətəsirlərini yoxa çıxarmaqdan ötrü sülh gündəliyində qırmızıxətlərin sayını çoxaldır.

Deməli, Azərbaycan Ermənistana hərbi, siyasi və iqtisadi dəstəkkampaniyasının davam etməsinə qarşı "qırmızı xət"lərini artırmaqlaeffektiv reaksiya göstərir.

Bu, Ermənistanın davamlı silahlandırılması və ona veriləndəstəklər fonunda Azərbaycanın gələcək addımlarının xarakteriniformalaşdırır.

Qısası, Ermənistan ya sülh gündəminə sadiq olduğunu praktikadanümayiş etdirməlidir, ya da o, Azərbaycanın daha sərt təzyiqləriilə üzləşmək riskini qəbul etməlidir",- deyə ekspert qeyd edib.

ABŞ-nin
Məqalədə:
Избранный
73
3
az.trend.az

4Источники