RU

Azərbaycan dövləti çox qısa müddətdə antiterrortədbirlərini başa çatdırdı - ÖZƏL

"2023-cü ilin bir günlük, bir sutkalıq antiterror tədbirləri  həqiqətən də qısa bir müddət içərisində böyük bir tarixin yazılması deməkdir". 


Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Azərbaycan dövləti,  onun silahlı qüvvələri bir sutka tamam olmamış düşməni dizə gətirməyi bacardı. Bizim oğullarımız, qardaşlarımız canla, başla düşmən üzərinə atıldılar, onlara dünyanın neçə bucaq olduğunu göstərdilər və bir sutka bitməmiş bölücü ermənilər təslim aktını imzalamağa hazır olduqlarını bəyan etdilər. Yəni  sentyabrın 19-dan 20-nə keçən gün gerçəkləşdirilmiş antiterror tədbirləri   bu baxımdan diqqət cəlb edir. 
Paşinyana gəlincə, bu prosesdə əslinə qalanda  faktiki olaraq oyundan kənar idi. Çünki proseslər Azərbaycan dövlətinin ərazisi daxilində gedirdi. Azərbaycan dövləti öz ərazisindəki bölücü və terrorçu ünsürlərə qarşı əməliyyat həyata keçirirdi və təbiidir ki, nə Paşinyan, nə də Ermənistan bu prosesə qatıla bilərdi və qatılmadılar, kənarda qalıb müşahidə etmək məcburiyyətində qaldılar. O baxımdan, mən bu məsələdə Paşinyanı artıq kənarda tutmağın tərəfdarıyam. Yəni Nikol Paşinyan, Ermənistanın baş naziri faktiki olaraq etməli olduğunu etdi, neytrallıq nümayiş etdirdi və Azərbaycan dövləti də çox qısa müddətdə antiterror tədbirlərini   başa çatdırdı. Əlbəttə ki, ermənilər üçün bu bir dərs olmalıdır, özü də yüz illər, min illər davam edəcək bir dərs. Ağıllarını başlarına toplamalıdırlar və bilməlidirlər ki, Azərbaycanla, ümumiyyətlə, türklərlə bu gün üz-üzə gəlmək sonda onlar üçün çox böyük fəlakətə çevrilə bilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
olaylar.az

1Источники