Azərbaycanda yanvar-iyul ayları üzrə əmək qabiliyyətinin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə yığımlar 2 milyon 219 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 262 min manat və ya 2,2 dəfə çoxdur.
2023-ci ilin yanvar-iyul aylarında bu göstərici 1 milyon 391 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 88 min manat təşkil edib ki, bu da illik müqayisədə 68 min manat və ya 4,4 dəfə çoxdur.
Əvvəlki ilin eyni dövründə 20 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 4% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 2% təşkil edib.