NATO-nun baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransının yeni sədri olacaq və vəzifəsinin icrasına 2025-ci ilin fevralından sonra başlayacaq.
Bu barədə “Politico” mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransının rəhbəri, 2022-ci ildə səlahiyyətlərinin icrasına başlayan Kristof Heusgen sədrlikdən gedəcək. 2009-cu ildə ona rəhbərlik etmiş Volfqanq İşinqer Münhen Təhlükəsizlik Konfransı Fondunun Şurasının prezidenti olaraq qalacaq.
Qeyd edək ki, oktyabrın 1-də Stoltenberq alyansın baş katibi kimi işini başa vuracaq.