Sentyabrın 12-də Rusiya işğalçıları Qara dənizdə Ukraynadan Misirə taxıl daşıyan gəmiyə hücum ediblər. Xoşbəxtlkdən təəfat olmayıb.
Editor.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski X-də məlumat verib. Onun sözlərinə görə, “Dünyanın müxtəlif yerlərində onlarla ölkənin daxili sabitliyi və həyatı bizim ərzaq ixracı dəhlizimizin normal və maneəsiz işləməsindən asılıdır.
“Biz limanlarımızı, Qara dənizimizi və qlobal bazara ərzaq tədarükünü qorumaq üçün hər şeyi etməyə davam edəcəyik – bu, Ukrayna üçün əsl prioritetdir və bu, hər bir ölkə üçün prioritet olmalıdır.” Zelenski əlavə edib ki, Kiyev Rusiyanın gəmiyə endirdiyi zərbəyə görə dünyadan reaksiya gözləyir.
//Samir Qurbanov, Editor.az