Fransa Peşəkar Futbol Liqasının (LFP) Hüquq Komitəsi PSJ-nin sabiq hücumçusu Kilian Mbappeyə maaşının ödənməmiş hissəsini - 55 milyon avronu tam ödəməli olduğuna dair qərar çıxarıb.
Fanat.Az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Paris klubu Mbappeyə bu məbləği 8 il ərzində ödəməlidir.
Mbappe daha əvvəl PSJ-dən ona 2024-cü ilin aprel, may və iyun ayları üçün maaş və bonusları ödəməyi tələb etmişdi. Sentyabrın 11-də LFP Hüquq Komitəsi tərəfləri borc məsələsini məhkəmədən kənar həll etməyə çağırsa da, futbolçu bundan imtina edib.
Mbappe PSJ-yə 2018-ci ildə "Monako"dan transfer edilib. Parislilərlə müqaviləsinin müddəti bu yay başa çatan ulduz forvard “Real Madrid”ə keçib.