RU

8 ildən sonra razılıq

Cənubi Koreya 8 ildən sonra iki yeni nüvə reaktorunun tikintisi ilə bağlı müraciəti təsdiqləyib. “Yonhap” agentliyinin xəbərlərinə görə, Nüvə Təhlükəsizliyi və Təhlükəsizlik Komissiyası (NSSC) Cənubi Koreyada yeni nüvə reaktorları ilə bağlı açıqlama verib.

Cənubi Koreyanın nüvə enerji şirkəti “Korea Hydro & Nuclear Power” (KHNP) tərəfindən 2016-cı ildə edilən müraciətin qəbul edildiyi bildirilən açıqlamada, Şin-Hanul 3 və 4 reaktorlarının ölkənin Uljin bölgəsində qurulacağı qeyd edilib.

Açıqlamada tikinti sahəsinə baxış keçirildiyi və təhlükəsizliyə təsir edəcək hər hansı geoloji risk aşkar edilmədiyi bildirilib.

Şin-Hanul 3 və 4-ün tikintisi üçün müraciət 2016-cı ilin yanvarında edilib, lakin enerji siyasətinin dəyişməsi səbəbindən layihə 2017-ci ildə dayandırılıb.

Digər tərəfdən, layihə ilə bağlı araşdırmaların 2022-ci ildə yenidən başlayacağı açıqlanıb.

Bu iki yeni nüvə reaktoru üçün verilən tikinti icazəsi, 2016-cı ildən bəri ölkədə nüvə reaktorları üçün verilən ilk razılıqdır idi.

Избранный
65
1
vaxt.az

2Источники