RU

USAİD fondunun Ermənistana yanaşması bu ölkəyə təsir imkanlarını çoxaltmağa köklənib - RƏY

Bakı. Trend:

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) fondunun Ermənistanayanaşması bu ölkəyə təsir və təzyiq imkanlarını çoxaltmağaköklənib.

Bunu Trend-ə açıqlamasındasiyasi şərhçi Tural İsmayılov deyib.

Onun sözlərinə görə, son 6 ay ərzində USAİD rəhbəri SamantaPauer dəfələrlə Ermənistana səfərlər edib.

"Eyni zamanda, USAİD-in müxtəlif rəsmiləri də tez-tezErmənistanda olurlar. Diqqət etsək, görərik ki, USAİD rəhbərininErmənistana çox sürətli formada səfərlər etməsi və bunun fonundaUSAİD-in Ermənistana maliyyə yardımını heç bir zərurət olmadan 120milyon dollardan 250 milyon dollara qədər artması ciddi suallaryaradır.

Bilirik ki, Ermənistanın fəal şəkildə Rusiyanın təsiridairəsindən çıxarılması üçün ABŞ tərəfindən addımlar atılır.Baxmayaraq ki, bu, effektiv olmayacaq. Çünki bu gün nə qədər Qərbimperializmi Ermənistandakı "sorosçu"lar vasitəsilə bu ölkəyə təsirgöstərməyə çalışsa da, faktiki olaraq hələ də Gümrü şəhərindəRusiyanın hərbi bazası var. Hələ də Ermənistanın sərhədləriniRusiya sərhədçiləri qoruyur.

Rusiya sərhədçilərinin Ermənistan sərhədlərində qalması vaxtsızvə müddətsiz formanı ehtiva edir. Belə olan halda USAİD-in vəmüxtəlif imperialist təşkilatların Ermənistan ərazisində atoynatması Avropa İttifaqını mülki-müşahidə missiyası adı altındakıcasus şəbəkəsinin burada fəaliyyəti ilə paralel baş verir.Həmçinin, Ermənistanda ABŞ ilə birgə hərbi təlimlərin keçirilməsidə göstərir ki, coğrafi baxımdan kiçik və hansısa bir təbiisərvətləri olmayan bir ölkə niyə bu gün ABŞ üçün bu qədər cəlbedicigörünür. Bunun ən böyük səbəbi Ermənistan vasitəsilə həm CənubiQafqaza daha çox təsir etmək, həm də Rusiyaya qarşı yeni bir cəbhəformalaşdırmaqdır. USAİD-in də birdən-birə Ermənistana ikiqatyardım ayırması məhz ABŞ-nin Ermənistan ərazilərini növbəti birgeopolitik qarşıdurma poliqonuna çevirmək niyyətini ortaya qoymuşolur.

ABŞ-nin sonrakı planlarının dəqiq ölçüsünü müəyyən etməkçətindir, amma görünür ki, Vaşinqtonun əsas məqsədiAzərbaycan-Ermənistan münasibətləri üzərində Rusiyaya qarşıregional təbəqə yaratmadır", - deyə T.İsmayılov qeyd edib.

USAİD
Избранный
145
13
az.trend.az

10Источники