Bakı, 13 sentyabr, AZƏRTAC
Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2024” (Global Cybersecurity Index, itu.int/GCI) hesabatı dərc edilib.
AZƏRTAC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Azərbaycan reytinqdə 100 mümkün xaldan ümumilikdə 93,76 xal toplayıb və yeni metodologiyaya əsasən “təkmil səviyyə”də qərarlaşıb.
Qeyd edək ki, bu il Estoniyanın Elektron İdarəçilik Akademiyası Fondu tərəfindən hazırlanan və təkmilləşdirilən “Milli Kibertəhlükəsizlik İndeksi”nin (“National Cybersecurity Index”) 42 ölkənin 49 indikator üzrə qiymətləndirildiyi reytinq cədvəlində Azərbaycanın göstəricisi 70,83 bala yüksəlib. Bu nəticə hazıradək ölkəmiz tərəfindən əldə olunmuş əvvəlki ən yüksək balı (66,67 balı) üstələyib və ölkəmiz beynəlxalq reytinqdə 13-cü pillədə qərarlaşıb.