Rusiya Müdafiə Nazirliyi Kursk vilayətində 10 yaşayış məntəqəsinin Ukraynadan geri alındığını açıqlayıb.
Publika.az xəbər verir ki, Ukrayna ordusunun avqustun 6-da sərhədi keçərək Rusiyanın Kursk bölgəsinə qəfil hücumlara başlamasından sonra şiddətli qarşıdurmalar davam edir.
“Son 2 gündə həyata keçirilən hücumlar zamanı Apanasovka, Byaxovo, Vişnyovka, Viktorovka, Vnezapnoye, Gordeyevka, Krasnooktybrskoye, Obuxovo, Snaqost və 10-cu Oktyabr da daxil olmaqla 10 yaşayış məntəqəsi azad edilib. Son 24 saat ərzində düşmənin Fanaseyevka və Snaqost istiqamətində iki bölməsi zərərsizləşdirilib”, - Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir.
Qeyd edilib ki, Ukrayna ordusu 300-dən çox əsgər və 24 zirehli texnika itirib.
Ukrayna prezidenti Vladimir Zelenski də açıqlamasında Rusiyanın əks-hücum hərəkətlərinə başladığını təsdiqləyib.