RU

Rusiyada Böyük Britaniya səfirliyinin 6 əməkdaşının akkreditasiyası ləğv edilib

Rusiyada

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin təqdimatına əsasən, Böyük Britaniya Səfirliyinin casusluq və pozuculuq fəaliyyətində ittiham edilən 6 əməkdaşının akkreditasiyası ləğv olunub.

APA-nın xəbərinə görə, bu barədə məlumat qurumun saytında yerləşdirilib.

Bildirilib ki, “araşdırmalar zamanı xidmətin əməkdaşları tərəfindən rəsmi Londonun dünyadakı hərbi-siyasi vəziyyəti gərginləşdirdiyi, habelə bu fəaliyyətin koordinasiyası ilə Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin məşğul olduğu müəyyən edilib”:

“Əldə olunan faktlar onu deməyə əsas verir ki, britaniyalı diplomatların xətti ilə həyata keçirilən bu fəaliyyət Rusiyanın təhlükəsizliyinə təhdid xarakteri daşıyıb. Bununla əlaqədar Rusiya Federal Təhlükəsizlik Xidmətinin təqdim etdiyi sənədlər əsasında Böyük Britaniyanın Rusiyaya qarşı qeyri-dost xarakterli addımlarına cavab olaraq Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən bu dövlətin Moskvada yerləşən səfirliyinin kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan 6 əməkdaşının akkreditasiyası ləğv edilib”.

Qurumdan o da bildirilib ki, diplomatik nümayəndəliyin digər əməkdaşlarının fəaliyyətinə analoji hallara rast gəlinərsə, Federal Təhlükəsizlik Xidməti onların Rusiya ərazisi boyunca ezamiyyətlərinə vaxtdan əvvəl məhdudiyyət qoyulacaq.

Избранный
49
7
xalqcebhesi.az

7Источники