\"Kəpəz\" klubu Vurğun Hüseynovla yollarını ayırıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli müdafiəçi ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.
Qeyd edək ki, V.Hüseynov 2023-cü ildən \"Kəpəz\"də çıxış edir.